„Vaşinqton Post“ – Donald Tramp və Pit Heqset sursat çatışmazlığı səbəbindən qarşıdurma yaşayıblar

11:00, 06.08.2026

ABŞ Prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqset sursat çatışmazlığı səbəbindən qarşıdurma yaşayıblar. Bu barədə “Vaşinqton Post” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Donald Tramp ötən həftə Pit Heqsetdən ciddi sursat çatışmazlığı barədə niyə dəqiq məlumat verilmədiyinə dair izahat tələb edib.
“Pit Heqset, ehtimal ki, Donald Trampda sursat ehtiyatlarının vəziyyəti ilə bağlı yanlış təsəvvür yaradıb. Tramp hesab edirdi ki, bu məsələ artıq həll olunub, lakin əslində belə olmadığı ortaya çıxıb”, – deyə “Vaşinqton Post” yazır.
“Vaşinqton Post”un məlumatına görə, çatışmazlıq xüsusilə uzaqmənzilli raketlərdə və hava hücumundan müdafiə sistemlərində hiss olunur. Nəşr bildirir ki, bu, Trampın son günlər İrana qarşı yeni genişmiqyaslı zərbələr endirməkdən çəkinməsinin səbəblərindən biri olub.
Qəzet yazır ki, müharibənin ilk ayında ABŞ “Tomahawk” tipli 850-dən çox, “Patriot” və THAAD sistemlərinə aid 1000-dən çox raketdən istifadə edib. Həmçinin Ukraynanın da asılı olduğu “ATACMS” tipli raketlərin ehtiyatlarının demək olar ki, tükəndiyi bildirilir.
Pentaqonun sözçüsü Şon Parnell bu məlumatı təkzib edib. O bildirib ki, Heqsetə heç kim yanlış məlumat verməyib və nazir vəzifəsini tərk etməyəcək.
Qeyd edək ki, bundan əvvəl CNN və Reuters mənbələrə istinadən ABŞ-ın yüksək dəqiqlikli uzaqmənzilli raket ehtiyatlarının faktiki olaraq tükəndiyi barədə məlumat yaymışdı. Buna cavab olaraq ABŞ-ın müharibə naziri Pit Heqset mediada yayılan xəbərləri təkzib edib və məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Oxşar