Vaşinqton polisinin məlumatına görə, Konqressə soxulma və qarmaqarşıqlıq nəticəsində dörd nəfər həlak oldu
Vaşinqton polisinin məlumatına görə, Konqressə soxulma və qarmaqarşıqlıq nəticəsində dörd nəfər həlak oldu

Vaşinqton polisinin məlumatına görə, Konqressə soxulma və qarmaqarşıqlıq nəticəsində dörd nəfər həlak oldu. O cümlədən bir qadın binada baş verən atəşin qurbanı oldu. Məlumatı “BBC” yayır.

Konqressə soxulma nəticəsində, polisin ən azından 14 zabiti xəsarət aldı. Hüquqmühafizəçilər 52-dən artıq nümayişçini yaxaladılar. Onlardan 47 nəfəri komendant saatının pozulmasına görə yaxalandı. Yaxalananlardan bir neçəsi qanunsuz silah gəzdirmədə ittiham olunur.

Vaşinqton meri və Polis rəsinin birgə mətbuat konfransı zamanı məlum oldu ki, ölənlər arasında biri qadın və ikisi kişi idi. Daha bir qadının öıümü barəsində məlumat buna qədər təsdiq olunmuşdu.

Bununla yanaşı, xəsarət alan polislərdən ikisi xəstəxanaya yerləşdirildi. Onların hər ikisinin ciddi zədələri var idi.

Mediada yayılan məlumata görə, hüquqmühafizəçilər və nümayişçilər arasında qarşıdurma nəticəsində ölən qadın ABŞ Hava Qüvvələrinin veteranı idi. O, xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişdi.