Vasil Mağlaperidzeni İctimai Yayımçının Qəyyumlar Şurasının sədri seçdilər
İctimai Yayımçının Qəyyumlar Şurasının bugünkü iclasında səs çoxluğu ilə Vasil Mağlaperidzeni ikinci müddətə şuranın sədri seçdilər. Mağlaperidze 3 il şuranın sədri olacaq.
Şuranın səkkiz üzvü Mağlaperidzenin namizədliyini dəstəkləyib, üçü isə əleyhinə çıxıb. Şuranın iclasında 11 üzvün hamısı iştirak edirdi.
Qəyyumlar Şurasının sədrliyinə Vasil Mağlaperidzedən başqa heç bir namizəd irəli sürülməyib.
Vasil Mağlaperidzeni İctimai Yayımçının Qəyyumlar Şurasının sədri olaraq birinci dəfə 2022-ci ilin aprelin 21-də seçdilər.