Vasil Mağlaperidze - Maliyyə və Büdcə Komitəsi İctimai Yayımçının 2021-ci il büdcə hesabatını dinləyib, komitə kanalın işini müsbət qiymətləndirib
Gürcüstanın İctimai Yayımçının Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidze İctimai Yayımçının 2021-ci il üzrə hesabatını parlamentin Maliyyə və Büdcə Komitəsinə təqdim edib.
Vasil Mağlaperidzenin sözlərinə görə, 2021-ci ildə İctimai Yayımçının televiziya yayımlarının 70%-ni orijinal gürcü məhsulları tutur. O, yayımçının proqramları, o cümlədən pandemiya zamanı qurulan Teleməktəb haqqında ətraflı danışıb. Vasil Mağlaperidze Komitə üzvlərini ATƏT-in qiymətləndirməsi barədə məlumatlandırıb, ona görə İctimai Yayımçı hadisələri qərəzsiz və obyektiv işıqlandırıb. Onun sözlərinə görə, yayım şirkəti parlamentə yaxın vaxtlarda gürcü filmlərinin istehsalının maliyyələşdirilməsi ilə bağlı qanun layihəsi ilə müraciət etmək niyyətindədir.
Hesabatı təqdim edən Vasil Mağlaperidze arxivin əhəmiyyətini və vəziyyətini, eləcə də texniki cəhətdən yenidən təchiz olunmasını vurğulayaraq, kanalın 2023-cü ilin yazında yeni binaya köçməyə başlayacağını diqqətə çatdırıb.
“Maliyyə və Büdcə Komitəsi İctimai Yayımçının 2021-ci il büdcə hesabatını dinləyib. Bütün prioritet sahələrin necə tamamlandığını, eləcə də monitorinqin nəticələrini, pulların hansı istiqamətə xərcləndiyini təqdim etdik. Komitə kanalın işini müsbət qiymətləndirib”, – Vasil Mağlaperidze bildirib.