Varlam Qoletiani - SES tamamilə yüzüncü dərəcədir orada, barrikadalar olan yerdə və evə getmək imkanı verilmir
Sakitcə, əllərimiz yuxarıda barrikadaların o biri tərəfinə keçmək istəyirdik və polis müqavimət göstərdi, – “NamaxvanSES”-ə qarşı çıxan aksiyanın təşkilatçısı, Varlam Qoletiani bəyan etdi.
Varlam Qoletianinin qeyd etdiyinə görə, aksiyada yaxalananlar da var.
“Evə doğru getməyi planlaşdırırdıq, başqa heç bir şey. İlk növbədə bizim tələbimizdir ki, bu birbırçı barrikadaları götürsünlər. Bu, müstəqil gürcüstanda sürgünlərin rəmzidir. Bu biabırçı barrikadalar evə getməyimizə maniəçilik törədir. Bundan o yana heç nə baş verə bilməz, bu olarkən, SES tamamilə yüzüncü dərəcədir orada, barrikadalar olan yerdə və heç birimizə evə getmək imkanı verilmir. Burada söhbət ondan getmir ki, harasa soxulmuruq ki, nəyisə zədələmirik ki? 214 gündür dərədəyik və heç bir şeyi zədələməmişik. Bir yerə soxulmamışıq, hərəkət etmək istəyirik, yolda barrikadaları görürsünüz. Bu proses bu cür davam edəcək və sonunda görəcəyik yekunda kim kimi sındıracaq”, – Qoletiani bəyan etdi.
Qumati kəndində qarşıdurma var, “NamaxvanSES”-ə qarşı çıxanlar dəmir barrikadaların o biri tərəfinə keçməyə çalışırlar.