Varlam Qoletiani - ictimaiyyətə müraciət edirəm, 26 mayda parada getməsinlər, bizim yanımıza gəlsinlər və deyək ki, bu ölkə bizə məxsusdur
“NamaxvanSES”-ə qarşı çıxan aksiya iştirakçıları Əliyyə Evi həndəvəri ərazisindən yürüşlə Azadlıq Meydanına tərəf gedirlər.
“NamaxvanSES”-ə qarşı çıxan aksiya təşkilatçısı, Varlam Qoletiani ictimaiyyətə müraciət etdi ki, onlara qoşulsunlar və SES-in tikintisinə etirazetsinlər.
“Azadlıq meydanına tərəf tərpənəcəyik və orada hakimiyyətə xatırladacağıq ki, 26 may bizim günümüzdür. Oradan ictimaiyyətə müraciət edəcəyik ki, 26 mayda parada getməsinlər, bizim yanımıza gəlsinlər və deyək ki, bu ölkə bizə məxsusdur. Birdəfəlik azadlıq və müstəqilliyin dəyərini hiss edək. Bunda hər birimiz iştirak etməliyik. Azadlıq Meydanına tərəf tərpənək və oradan çağırış edək ki, hamımız ölkəmizin quruculuğu uğrunda birləşirik”, – Varlam Qoletiani bəyan etdi.
“NamaxvanSES”-ə qarşı çıxan aksiya iştirakçıları Əliyyə Evi həndəvəri ərazisini bağlamışdılar. Tbilisi patrul Polisi rəisi, Laşa Coxadze yürüşün iştirakçılarına xəbərdarlıq verdi ki, avtomobil yolunu azad etsinlər.