Varlam Qoletiani deyir ki, Namaxvani SES layihəsi ilə bağlı cavablandırılması lazım olan çoxlu suallar var.
Varlam Qoletiani deyir ki, Namaxvani SES layihəsi ilə bağlı cavablandırılması lazım olan çoxlu suallar var.

“Rioni dərəsini xilas etmək üçün” hərəkatının lideri Varlam Qoletiani hakimiyyəti Namaxvani ilə bağlı sualları cavablandırmağa çağırıb. Onun sözlərinə görə, proses ağlabatan müddətdə həyata keçirilməsə, etiraz aksiyası “Enka” şirkətinin ofisinin qarşısında davam etdiriləcək, ofisin girişində piket olacaq.

Qoletianinin bu gün Qumatidə çadırların yaxınlığında keçirdiyi brifinqdə jurnalistlərə verdiyi məlumata görə, o, Namaxvani SES layihəsi ilə bağlı bütün sualları cavablandırmaq üçün yeni iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşviliyə müraciət edir.

“O, bütün suallarımızı cavablandırmağa hazırdırmı? Hesab edirik ki, layihənin təhlükəsizliyi, texniki-iqtisadi əsaslandırması, o cümlədən hökumətin özünün danışdığı müqavilə ilə bağlı çoxlu suallar var, amma indi nazir bunda problem görmür və o hesab edir ki, SES-in tikintisi mütləq prioritetdir. Bütün bunlar elə bir şəkildə baş verir ki, bizim 15 aydır tələb etdiyimizə qətiyyən məhəl qoyulmur”, – Qoletiani bildirib.