Varketilidə ehtimal ki, yetkinlik yaşına çatmayan şəxsin idarə etdiyi mikroavtobus bir neçə avtomobilə çırpılıb və zərər vurub
Varketilidə ehtimal ki, yetkinlik yaşına çatmayan şəxsin idarə etdiyi mikroavtobus bir neçə avtomobilə çırpılıb və zərər vurub

 

Varketilidə yol-nəqliyyat hadisəsi baş verib.

Mikroavtobus dayanmış bir neçə avtomobilə çırpılıb və zərər vurub. Mövcud məlumata əsasən, beş avtomobilə ziyan dəyib.

Yerli sakinlərin dedikləri kimi, mikroavtobusa ehtimal ki, yetkinlik yaşına çatmayan şəxslər daxil olub və onu hərəkətə gətiriblər, bundan qısa müddət sonra da bir neçə avtomobillə toqquşma baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.