"Varketili" metrostansiyasının tavanının çökməsi işində üç nəfərə ittiham təqdim olundu
Tbilisidə, “Varketili” metrostansiyasının tavanının çökməsi işində üç nəfərə ittiham təqdim olundu.
Birinci Kanalın məlumatına əsasən, ittiham təqdim olunan şəxslər “Geomap” və “Ğvarelremmşeni” şirkətlərinin nümayəndələridir.
“Varketili” metrostansiyasında tavan, cari ilin 30 yanvar tarixində, təxminən 10:30-da çökdü. Hadisə nəticəsində 14 nəfər yaralandı.