Varketili bazarının zərər çəkən alverçiləri yolu bağlamağa cəhd göstərdilər (video)

Varketili bazarının zərər çəkən alverçiləri yolu bağlamağa cəhd göstərdilər. Onların dediyinə görə, yanğın zamanı məhv olduğu malları sığortalanmamışdı. Aksiya iştirakçıları hakimiyyət nümayəndələri ilə görüş tələb edirlər.

Polis onlara yolu bağlamağa imkan vermədi. Aksiyanın iştirakçılarından biri özünü pis hiss etdi.

Varketili bazarında gecə baş verən yanğın nəticəsində 4 000 kvadrat metrə qədər sahə yandı.