Vanuatuda 7,3 bal gücündə zəlzələ baş verib, bir nəfərin həlak olması və üç nəfərin yaralanması haqda məlumat yayılır, binalara ziyan dəyib

11:22, 17.12.2024

 
Vanuatuda 7,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində binalara və digər infrastruktura ziyan dəyib.

ABŞ-ın Geoloji Xidmətinin məlumatına əsasən, zəlzələ paytaxt Port Vila yaxınlığında yerli vaxtla saat 12:47-də baş verib. Təkanlardan sonra ada dövlətində sunami xəbərdarlığı elan edilib və daha sonra ləğv edilib.

Təbii fəlakət nəticəsində dəymiş ziyanın miqyası hələ bilinmir. Bir nəfərin həlak olması və üç nəfərin yaralanması haqda məlumat yayılır. Sosial şəbəkələrdə dağılan binaların, zərər görmüş avtomobillərin və yolların şəkilləri yayılır.

Avstraliya Vanuatuya kömək etməyə hazır olduğunu bildirib.

Oxşar