Vano Merabişvili "Mediklab" klinikasını tərk etdi - Ekslküziv video-kadrlar
Gürcüstanın sabiq baş naziri və Daxili İşlər Naziri Vano Merabişvili “Mediklab” klinikasını tərk etdi.
O klinikaya əlavə tibbi müayinələr üçün aparılmışdı.
Vano Merabişviliyi klinikadan cəza icrası departamentinə apardılar.
Dünən sabiq Daxili İşlər Nazirini müalicə edən həkim Elene Xurtsidze bəyan etdi ki, Vano Merabişvilinin vəziyyəti stabildir və naratlıq üçün ciddi səbəb yoxdur.
Həkimin dediyinə görə, onkologiya xəstəliyi istisna edildi və hazırda Xorner Sindromu üzərində işləyirlər.
“Konsilium nəticəsində qərar verildi ki, yuxu arteriyasının ultra-sonoqrafiyası keçiriləcək.
Hazırda onun klinikada qalması üçün bir səbəb yoxdur” – dedi həkim.