Vankuver polisinin məlumatına görə, avtomobilin insanların arasına girməsi nəticəsində doqquz nəfər ölüb

15:04, 27.04.2025

 

Vankuver polisinin verdiyi məlumata əsasən, avtomobilin insanların arasına girərək vurması nəticəsində doqquz nəfər həyatını itirib. Yaralananlar da var. Onların sayı dəqiqləşdirilir. Həlak olanlar arasında azyaşlı uşaq da var.

Bununla yanaşı, şəhər polisinin bildirdiyinə görə, hücum hələlik terror aktı kimi qiymətləndirilmir.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata əsasən, avtomobilin sürücüsü saxlanılıb. O, 30 yaşlı yerli sakin olub. Cinayətin motivini müəyyən etmək üçün istintaq davam edir.

Qeyd edək ki, avtomobil Vankuverdə filippinlilərin bayramı keçirilən rayonda insanların arasına çırpılıb.

Oxşar