Valid Abu Haia İsrailin Gürcüstana yeni səfiri təyin edilib. İsrailin Gürcüstandakı səfirliyinin yazdığı kimi, Haia etimadnaməsinin surətlərini Gürcüstanın Xarici İşlər Nazirliyinin Diplomatik Protokol Direktoratlığının direktoru Zurab Darçiaşviliyə təqdim edib.
“Druz israilli olan səfir təyin olunmuş Abu Haia İsrail və Gürcüstan arasında dostluq və tərəfdaşlığı daha da möhkəmləndirmək üçün öz missiyasına sarsılmaz hazırlıqla başlayır” – İsrail səfirliyi sosial şəbəkədə yazır.
Məlumat üçün bildirək ki, Valid Abu Haia səfir vəzifəsində Hada Meitsadı əvəz edib. Meitsad 2022-ci ildən səfir vəzifəsini tuturdu.