Valeri Zalujni – cəbhədə müəyyən uğurlar var, planlarımızı həyata keçiririk, irəli gedirik

11:48, 14.06.2023

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujni ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Komitəsinin rəhbəri, general Mark Milli ilə telefonla cəbhədəki vəziyyətlə bağlı söhbət etdi və Ukrayna qüvvələrinin müəyyən uğurlarını qeyd etdi.

Bu barədə Zalujni telegram kanalında yazır.

“Ölkəmizin şərqində və cənubunda ağır müdafiə və hücum xarakterli döyüşləri davam edir. Müəyyən uğurlar var, planlarımızı həyata keçiririk, irəli gedirik”, – Zalujni yazır.

Zalujninin məlumatına görə, Ramştayn formatında təmas qrupunun növbəti görüşündən əvvəl Mark Mili ilə Ukrayna ordusu üçün prioritetlər müzakirə etdilər. Zalujninin dediyinə görə, Ukrayna hava müdafiə və artileriyasının gücləndirilməsi əhəmiyyətlidir.

Oxşar