Valeri Zalujni – Dünya nizamını təkcə Rusiya və şər oxu deyil, həm də Amerika Birləşmiş Ştatları da pozmağa çalışır
Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeri Zalujni bildirir ki, dünya nizamını təkcə Rusiya və şər oxu deyil, həm də Amerika Birləşmiş Ştatları da pozmağa çalışır.
Zalujni bu haqda Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı bildirib.
“Dünya nizamına yenidən baxılmasına çalışan təkcə şər oxu deyil. ABŞ dünya nizamını məhv edir. Aydındır ki, Ağ Ev bütün Qərb dünyasının birliyini şübhə altına alıb. Və indi Vaşinqton təhlükəsizlik məsələlərini ABŞ-nin iştirakı olmadan Avropaya ötürməyə çalışır” – Zalujni bildirib.
O bildirib ki, NATO fəaliyyətini dayandıra bilər, Rusiya isə Avropanın qapısına dayana bilər.
“Vaşinqtonun Rusiya Federasiyasının təcavüzünü tanımamasının təkcə Ukrayna üçün deyil, həm də Avropa üçün yeni çağırış olduğu aydındır. Bu, başa düşmək üçün kifayətdir ki, dünya nizamını pozmağa çalışan təkcə Rusiya və şər oxu deyil, əslində ABŞ onu yekun olaraq pozur ” – Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı bildirib.