Valeri Zalujn – Ukraynaya qarşı müharibədə iştirak edən rus bölmələrinin beşdə biri məhv edilib

13:55, 14.08.2022

Ukraynaya qarşı müharibədə iştirak edən rus bölmələrinin beşdə biri məhv edilib, – bu barədə Ukrayna Silahlı Qüvvələrinin komandanı, Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Komandirlər Komitəsinin rəhbəri, Mark Millislə telefon danışığı zamanı bəyan etdi.

Telefon danışığı barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin komandanı, Zalujnın “telegram” kanalı ilə yaydı.

Məlumatda deyilir ki, Zalujnı həmçinin Milliyə məlumat çatdırdı ki, hazırda Ukraynada cəbhə xəttinin 1300 kilometrliyində aktiv döyüşlər gedir və Ukraynanın artilleriya atəşinin gücləndirilməsinə ehtiyacı var.

Oxşar