Vale və Sarpda külli miqdarda bəyan edilməmiş siqaret ələ keçirilib
“Vale” və “Sarpi” gömrük-keçid məntəqələrində qanuna zidd olaraq bəyan edilməmiş siqaretlərin ölkə sərhədinə gətirilməsinə cəhd faktlarının qarşısı alınıb.
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrükçüləri müxtəlif ölkə vətəndaşlarının risk profilinə və şübhələrinə əsasən nəzarət etdikləri həm fiziki, həm də şəxsi baqaj və nəqliyyat vasitələrinə ətraflı baxış nəticəsində ümumilikdə 6220 qutu bəyan edilməmiş siqaret aşkar ediblər.
Qanun pozuntusuna yol vermiş vətəndaşlardan Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq mallar müsadirə edilib və hər biri 1000 lari məbləğində cərimə edilib və bu əməlin təkrar törədildiyi üçün mallar müsadirə edilib , 3000 lari məbləğində cərimə kəsilib.
Məlumatı Vergilər Xidmətinin mətbuat xidməti yayıb.