Vakillər Assosiasiyasının sədri olaraq ikinci müddətlə David Asatianinin seçdilər
Bu gün “Gürcüstan Vəkillər Assosiasiyası” sədr, İdarə Heyəti, Etika Komissiyası və Təftiş Komissiyasının seçkilərini keçirdi.
Vakillər Assosiasiyasının sədri olaraq ikinci müddətlə David Asatianinin seçdilər.
Vəkillər Assosiasiyasının Ümumi Yığıncağına seçkilər əvvəlcədən onlayn qeydiyyatdan keçməklə xüsusi elektron portalda və birbaşa seçki günü optik skanerlərdən istifadə etməklə keçirildi.
Vəkillər Assosiasiyasının sədrliyinə 3 namizəd səsvermədə iştirak etmək üçün qeydə alınmışdı, lakin iki nəfər – Vasil Osepaşvili və David Caparidze namizədliyini geri götürdü. David Asatiani ikinci müddətə seçkilərdə iştirakını davam etdirdi.
Səsvermə prosesi saat 19:00-dək davam etdi və səsvermə məntəqələri bağlandıqdan sonra bir saat ərzində cavablar açıqlandı. Assosiasiyanın seçki prosesini Amerika-Kanada şirkəti “Delian Project” idarə edirdi.