Vaxuşti körpüsündə işlərə görə, bir neçə saatlığına Kürün sağ sahilində nəqliyyatın hərəkəti ikitərəfli bağlandı
Vaxuşti körpüsündə işlərə görə, bir neçə saatlığına Kürün sağ sahilində nəqliyyatın hərəkəti ikitərəfli bağlandı

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamenti Tbilisidə, Vaxuşti körpüsündə həyata keçirilən işlərə görə, bir neçə saatlığına Kürün sağ sahilində nəqliyyatın hərəkətini ikitərəfli bağladı. Məhdudiyyət saat 07:00-dan saat 11:00-a qədər olacaq.

DİN-də bəyan edirlər ki, David Ağmaşenebeli heykəlindən Qelovani prospektinə daxil olan avtomaşınlar yalnız Jvaniya meydanı istiqamətinə hərəkət edəcəklər. Qotua küçəsindən sahilə düşən yol bağlı olacaq. Həmçinin Saakadze meydanından Kürün sağ sahilinə düşən yol bağlı olacaq. Ədliyyə Evindən gələn avtomobillər Qəhramanlar meydanına çıxan pandusdan istifadə edəcəklər. Qəhramanlar meydanından Kürün sağ sahilinə düşən pandus bağlı olacaq.