Vaxtanq Tsintsadze – Məqsədimiz artan əlaqəliliyi və yük axınlarını daha geniş iqtisadi imkanlara çevirməkdir

19:35, 25.09.2026

 

Məqsədimiz artan əlaqəliliyi və yük axınlarını daha geniş iqtisadi imkanlara çevirməkdir – bu barədə iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadze Bakıda davam edən Azərbaycan İkinci Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Tədbir Azərbaycan Prezidentinin himayəsi ilə keçirilib.

Orta Dəhlizin imkanlarından danışarkən nazir müavini qeyd edib ki, region ölkələri Orta Dəhlizin tam potensialının reallaşdırılmasının yalnız koordinasiyalı və birgə səylərlə mümkün olduğunu getdikcə daha yaxşı dərk edirlər.

“Nəqliyyat əlaqələrinin gücləndirilməsi, ticarətin asanlaşdırılmasının yaxşılaşdırılması, rəqəmsal əlaqəliliyin inkişafı, eləcə də infrastruktur və xidmətlərin harmonizasiyası dəhlizin daha səmərəli, rəqabət qabiliyyətli və dayanıqlı sistem kimi formalaşması üçün həyati əhəmiyyət kəsb edəcək.

Dərin iqtisadi inteqrasiya ilə yanaşı, bu səy daha təhlükəsiz və etibarlı dəyər zəncirlərinin yaradılmasına, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə, Avropa və Çin bazarları arasında sıx əlaqələrin qurulmasına töhfə verə bilər. Müvafiq olaraq, məqsədimiz sadəcə tranzit həcmlərini artırmaq deyil, artan əlaqəliliyin daha çox investisiyaya çevrilməsini təmin etmək, bütün regionda məhsuldarlığın, əlavə dəyərin artmasına və yeni məşğulluq imkanlarına dəstək vermək olmalıdır” – nazir müavini qeyd edib.

Panel müzakirəsində Vaxtanq Tsintsadze ilə yanaşı Türkmənistan, Qazaxıstan, Almaniya, Çin hökumətlərinin nümayəndələri, həmçinin “Kibar Holding” və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) rəhbər şəxsləri iştirak edirdilər.

Məlumatı İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.

Oxşar