Vaxtanq Tsintsadze – “Fitch” reytinq agentliyi tərəfindən Gürcüstanın suveren kredit reytinqi perspektivinin “pozitiv”ə qədər yaxşılaşdırılması ölkənin düzgün makroiqtisadi siyasət yürütdüyünü təsdiqləyir

13:38, 31.10.2026

 

Beynəlxalq reytinq agentliyi “Fitch” Gürcüstanın suveren kredit reytinqi perspektivini “sabit”dən “pozitiv”ə qədər yaxşılaşdırıb, reytinqi isə dəyişməz olaraq “BB” səviyyəsində saxlayıb. Reytinq perspektivinin yaxşılaşdırılması bir daha təsdiqləyir ki, Gürcüstan düzgün makroiqtisadi siyasət yürüdür — bu barədə iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin muavini Vaxtanq Tsintsadze açıqlayıb.

Nazir müavininin qiymətləndirməsinə əsasən, “Fitch” tərəfindən kredit reytinqinin yaxşılaşdırılması həmçinin ondan xəbər verir ki, Gürcüstanın iqtisadi siyasəti beynəlxalq reytinq şirkətləri üçün etibarlıdır və Gürcüstan iqtisadiyyatının investisiya cəlbediciliyi isə gündən-günə artır.

“Reytinqin yaxşılaşdırılmasını Gürcüstanın makroiqtisadi istiqamətdə əldə etdiyi nəticələr möhkəmləndirir. Burada sürətli iqtisadi artımı, beynəlxalq ehtiyatların rekord göstəricisini və ümumiyyətlə, cari hesabın defisitinin davamlı azalmasını qeyd etmək lazımdır, bu da son nəticədə reytinq perspektivinin yaxşılaşmasında müsbət əks olunub” — Vaxtanq Tsintsadze qeyd edib.

İqtisadiyyat nazirinin müavininin sözlərinə əsasən, reytinq şirkəti Gürcüstanın 2023–2025-ci illərdəki iqtisadi artımının oxşar reytinqə malik ölkələrin iqtisadi artım göstəricisindən iki dəfə daha yüksək olduğunu qeyd edir.

“Fitch” Gürcüstanın iqtisadi artım göstəricisini 2026-cı ildə artım istiqamətində dəqiqləşdirib və cari ildə 7.5%-lik artım gözləyir. Bütün bunlar Gürcüstan hökumətinin atdığı düzgün iqtisadi addımlarla şərtlənir. Hökumət növbəti aylarda və illərdə də yüksək iqtisadi artım göstəricisini qoruyub saxlamaq üçün bu istiqamətdə fəal işini davam etdirir“ – iqtisadiyyat nazirinin müavini açıqlayıb.

Vaxtanq Tsintsadzenin şərhini İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi yayır.

Oxşar