Vaxtanq Qomelauri - Tamar Baçaliaşvilinin işi üzrə istintaq aparılır və düşünürəm, tezliklə başa çatacaq
Tamar Baçaliaşvilinin işi üzrə istintaq aparılır və düşünürəm, tezliklə başa çatacaq, – bu barədə jurnalistlərə Daxili İşlər naziri, Vaxtanq Qomelauri bəyan etdi.
Onun dediyinə görə, Tamar Baçaliaşvilinin işi üzrə müstəndiqlər işləyirlər və əgər lazım gəldisə, Federal Təhqiqat Bürosu ekspertiza istiqamətilə qatılacaq.
“Tamar Baçaliaşvilinin işi üzrə açıq danışa bilmərəm. İstintaq aparılır. Düşünürəm, tezliklə başa çatacaq. Lazım gəldiyi təqdirdə Federal Təhqiqat Bürosu ekspertiza istiqamətilə qatılacaq. Hələlik müstəndiqlər işləyirlər”, – Daxili İşlər naziri bəyan etdi.
23 yaşlı Tamar Baçaliaşvilinin vəfat etməsi işini Mərkəzi Kriminal Polis Departamenti araşdırır.