Vaxtanq Qomelauri polis şöbələrinin rəhbərləri ilə işgüzar müşavirə keçirib
Vaxtanq Qomelauri polis şöbələrinin rəhbərləri ilə işgüzar müşavirə keçirib

 

Gürcüstanın vitse-baş naziri, daxili işlər naziri Vaxtanq Qomelauri və nazirin birinci müavini Roland Mesxi regionların polis şöbələrinin rəhbərləri ilə işgüzar müşavirə keçiriblər.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Vaxtanq Qomelauri polis şöbələrinin rəhbər şəxslərindən regionda mövcud vəziyyət barədə məlumat alıb və iş prosesi ilə bağlı müvafiq tapşırıqlar verib.

“İşgüzar müşavirədə həmçinin cinayətlərin statistikası və cinayətlərin açılmasının yüksək göstəricisinə diqqət yetirilib. Daxili işlər naziri səmərəli işə görə şöbələrin nümayəndələrinə təşəkkür edib” – DİN-in məlumatında deyilir.