Vaxtanq Qomelauri Ozurqetinin Baileti kəndində Fövqəladə Halların İdarəedilməsi Qərargahında olub, eləcə də yerli sakinlərlə görüşüb və onların ehtiyaclarını dinləyib
Vaxtanq Qomelauri Ozurqetinin Baileti kəndində Fövqəladə Halların İdarəedilməsi Qərargahında olub, eləcə də yerli sakinlərlə görüşüb və onların ehtiyaclarını dinləyib

 

Daxili işlər naziri Vaxtanq Qomelauri Quriya bölgəsində Ozurqeti rayonunun Baileti kəndində qurulmuş Fövqəladə Halların İdarəedilməsi Xidmətinin lokal qərargahında olub. Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.

Nazirliyin məlumatına əsasən, Fövqəladə Halların İdarəedilməsi Xidmətinin rəhbəri Temur Mğebrişvili Qomelaurini qərargahın əsas vəzifələri ilə tanış edib və planlaşdırılan xilasetmə tədbirləri haqda ətraflı məlumat verib.

“Quriya bölgəsində qurulmuş altı lokal qərargahda güclü qar yağması nəticəsində yaranan problemlərlə bağlı bildirişlər qəbul edilir və xilasetmə əməliyyatlarının planlaşdırılması və həyata keçirilməsi, eləcə də tibbi yardıma ehtiyacı olan vətəndaşların yanına gedilməsi də daxil olmaqla müvafiq cavab tədbirləri görülür. Yanğınsöndürən-xilasedicilərlə birlikdə, müdafiə qüvvələrinin, eləcə də polis qüvvələrinin və tibbi xidmətin nümayəndələri qərargahdadırlar. Bütün müvafiq xüsusi texnika əraziyə səfərbər edilib.

Vaxtanq Qomelauri yanğınsöndürən-xilasedicilərə və xilasetmə əməliyyatlarında iştirak edən hər kəsə əməklərinə görə təşəkkür edib. Daxili işlər naziri Baileti kəndində yerli əhali ilə də söhbət edib və onların ehtiyacları barədə məlumatı dinləyib. Vaxtanq Qomelauri Quriya Polis İdarəsində də olub və idarənin əməkdaşları ilə görüşüb. Vaxtanq Qomelauri bölgəyə güclü qar yağması nəticəsində yaranan problemlərin aradan qaldırılmasında göstərdikləri töhfəyə görə hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkür edib və onlara müvafiq tapşırıqlar verib” – Daxili İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.