Vaxtanq Qomelauri - Ölkəyə sədaqətlə xidmət edən hər bir polisə və Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına təşəkkür etmək istəyirəm
Daxili işlər naziri postuna namizəd Vaxtanq Qomelauri parlamentdə hökumətə etimad səsverməsi formatında, məruzə ilə çıxış edərkən nazirliyin bütün əməkdaşlarına təşəkkür edib.
Vaxtanq Qomelauri qurum tərəfindən illər ərzində əldə edilmiş uğurların məhz polislərin əməyinin nəticəsi olduğunu bildirib.
“Sonda ölkəmizə sədaqətlə xidmət edən hər bir polisə və Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına təşəkkür etmək istəyirəm. Bir daha qeyd edirəm ki, illər ərzində əldə olunan uğurlar bu insanların, onların hər birinin sayəsində olub” – Vaxtanq Qomelauri bildirib.