Vaxtanq Qomelauri - müxalifətdən soruşsan, bütün yaxşı işləyənləri buraxmalıyıq, çünki onlar DİN-də vəzifəyə təyin olunan, heç bir korrupsiyada iştirak etməyən insanları sevmirlər
Vaxtanq Qomelauri - müxalifətdən soruşsan, bütün yaxşı işləyənləri buraxmalıyıq, çünki onlar DİN-də vəzifəyə təyin olunan, heç bir korrupsiyada iştirak etməyən insanları sevmirlər

Bu insan çox təcrübəlidir, müxalifətlə razılaşa bilmərəm ki, korrupsiyaya görə azad olunmuşdu, bu onların fikridir, – Gürcüstan Daxili İşlər naziri, Vaxtanq Qomelauri jurnalist tərəfindən verilən suala bu cür cavab verdi: “müxalifət sizi korrupsiyada ifşa olunan kadrların təyin edilməsində ittiham edir, məsələn qərbi Gürcüstanda Baş Müfəttişliyin rəisi olaraq, DTX-dən korrupsiya ittihamı ilə azad edilən insanı təyin etdiniz”.

Qomelaurinin dediyinə görə, DİN-də vəzifələrə təyin edilən insanlar heç bir korrupsiyada iştirak etmirlər.

“Söhbət getdiyi bu insan çox təcrübəlidir, müxalifətlə razılaşa bilmərəm ki, korrupsiyaya görə azad olunmuşdu, bu onların fikridir. Dünən cənab Arçil Talakvadze çox yaxşı bəyanat verdi. Müxalifətdən soruşsan, bütün yaxşı işləyənləri buraxmalıyıq, çünki onlar DİN-də vəzifəyə təyin olunan, heç bir korrupsiyada iştirak etməyən insanları sevmirlər. Mən rəhbərəm, bu insanlara məsuliyyət daşıyıram və onlar  heç bir korrupsiyada iştirak etmirlər. Bu konkret insan, köhnə, təcrübəli əməkdaşdır, uzun müddətdir işləyir. Ona hörmət bəsləyirəm və əksinə, böyük şərəfdir ki, bizimlə işləyir və sıralarımızdadır”, – Qomelauri bəyan etdi.