Vaxtanq Qomelauri İtaliyanın fövqəladə və səlahiyyətli səfiri Massimiliano D'Antuono ilə görüşüb
Vaxtanq Qomelauri İtaliyanın fövqəladə və səlahiyyətli səfiri Massimiliano D'Antuono ilə görüşüb

 

Vitse-baş nazir, daxili işlər naziri Vaxtanq Qomelauri İtaliya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Massimiliano D’Antuono ilə görüşüb. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

Nazirliyin məlumatında, görüş çərçivəsində, tərəflərin Gürcüstan və İtaliya Respublikası arasında mövcud sıx ikitərəfli əməkdaşlığın əhəmiyyətinə diqqət yönəltdiyi deyilir.

“Həmçinin, hüquq-mühafizə sahəsində mövcud səmərəli münasibətlərə, o cümlədən ümumi maraqlar əsasında həyata keçirilən mexanizmlərdən səmərəli istifadəyə toxunulub. Həmçinin, görüş iştirakçıları iki ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşlığını daha da dərinləşdirəcək və müxtəlif istiqamətlərdə genişləndirəcək gələcək perspektivlər haqqında danışıblar.

Görüşün sonunda Vaxtanq Qomelauri Massimiliano D’Antuonoya Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyə və iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəyə görə təşəkkür edib” – Daxili İşlər Nazirliyinin məlumatında deyilir.