Vaxtanq Qomelauri - hər bir polis işçisi ictimaiyyətdən və şəxsən məndən təşəkkür sözlərinə layiqdir, bu gün bizim apolitik və vətəndaşların maraqlarına yönəlmiş polisimiz var
Vaxtanq Qomelauri - hər bir polis işçisi ictimaiyyətdən və şəxsən məndən təşəkkür sözlərinə layiqdir, bu gün bizim apolitik və vətəndaşların maraqlarına yönəlmiş polisimiz var

Tbilisidə, Daxili İşlər nazirliyinin inzibati binası qarşısında, polis işçisinin peşə günü ilə bağlı tədbir keçirilir. Daxili İşlər naziri, Vaxtanq Qomelauri polis işçilərini peşə günləri mnüasibətilə təbrik etdi və tədbir iştirakçılarına nitqlə müraciət etdi.

“Polis işçisi peşə günününüzü təbrik edirəm! Hər bir əməkdaşla layiqli və fədakar əməyinizə görə təşıkkürümü bildirirəm. Mən yaxşı bilirəm, polis olmaq nə dəmeəkdir və bilirəm, cinayətlə mübarizə nə qədər çətindir, vətəndaşlar xidmət edəsən və bununla yanaşı, insanların müxtəlif fundamental hüquqlarını pozmayasan. Məhz elə insanların hüquqlarının qorunması, kriminalla mübarizə və əhali üçün təhlükəsiz mühitin yaradılması Daxili İşlər Nazirliyinin əsas funksiyasıdır. Deyə bilərəm ki, siz bunu uğurla yerinə yetirirsizniz, bu gün bizim apolitik və vətəndaşların maraqlarına yönəlmiş polisimiz var. Bu gün burada yalnız bir neçə yüz polis işçisiniz, lakin sizin arxanızada minlərcə həmkarınız durur. Hər bir polis işçisi ictimaiyyətdən və şəxsən məndən, bir Daxili İşlər naziri kimi təşəkkür sözlərinə layiqdir”, – Qomelauri bəyan etdi.