Vaxtanq Qomelauri güman edir ki, həkim Vaja Qaprindaşvilini qondarma məhkəmə qərarından sonra azad edəcəklər
Həkim Vaja Qaprindaşvilinin məsələsi ilə bağlı bütün beynəlxalq təşkilat qatılıbdır, – bu barədə Gürcüstan Daxili İşlər naziri, Vaxtanq Qomelauri bəyan etdi.
Qomelaurinin qeyd etdiyinə görə, güman edir ki, həkim Vaja Qaprindaşvilini işğal rejimi azad edəcək.
“Bizim əlaqəmiz var. Bütün beynəlxalq təşkilat qatılıbdır. Qeyd olunubdur ki, bu insan həkimdir, döyüşçü və ya keçmiş güc strukturunun nümayəndəsi deyil. Düşünürəm ki, bu insanı azad edəcəklər. Nə qədər də qaynar müharibə olsa da, həkimim həbs edilməsi dünyada heç bir yerdə olmaz və azad edirlər. Bundan irəli gələrək söz verdilər və azad edəcəklər, məhkəmə qərarını gözləyirlər”, – Vaxtanq Qomelauri bəyan etdi.