Vaxtanq Qomelauri - etimad qrupu ilə söhbət etdik, nə edildi, gələcəkdə nə planlaşdırırıq, hansı problemlərimiz var və nəyin düzəldilməsi lazımdır
Vaxtanq Qomelauri - etimad qrupu ilə söhbət etdik, nə edildi, gələcəkdə nə planlaşdırırıq, hansı problemlərimiz var və nəyin düzəldilməsi lazımdır

Gürcüstan Daxili İşlər naziri, Vaxtanq Qomelauri Parlamentdə etiamd qrupunun iclasının başa çatmasından sonra jurnalistlərlə söhbət etdi.

Nazir qeyd etdi ki, deputatlarla söhbət 2020-ci ildə Daxili İşlər Nazirliyinin fəaliyyəti, gələcək planları və problemləri barəsində idi.

“Etimad qrupunda Daxili İşlər Nazirliyi məruzə etdik. Bir neçə əsas mövzu var idi. Onlardan biri Sərhəd Polisi idi. Etimad qrupu ilə söhbət etdik, nə edildi, gələcəkdə nə planlaşdırırıq, hansı problemlərimiz var və nəyin düzəldilməsi lazımdır. Sözsüz ki, mütəşəkkil cinayətlə mübarizə mövzusu da var idi, 2020-ci ildə nə idi, nə etdik, nəyin qarşısını aldıq. Həmçinin, strateji boru kəmərlərinin müdafiəsi təhlükəsizliyi müzakirə olundu. Daxili İşlər Nazirliyi bunu həyata keçirir və bu barədə də danışdıq. Söhbət məxvi satınalmalar məsələsinə də aid oldu. Düzdür cüzi satınalmalarımız olub, lakin hər halda təqdim etdi ki, məbləğləri hara xərcləmişik”, – Vaxtanq Qomelauri bəyan etdi.