Daxili İşlər naziri, Vaxtanq Qomelauri Azrəbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri, Faiq Quliyev ilə tanışlıq xarakterli görüş keçirdi. Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.
İdarənin məlumatına görə, Vaxtanq Qomelauri səfir ilə görüşündə Gürcüstan və Azərbaycan arasında mövcud dost və strateji partnyorluğa xüsusi diqqət yetirdi.
Tərəflər bölgə təhlükəsizlik məsələlərini, mütəşəkkül cinayətə qarşı mübarizədə iki ölkənin hüquqmühafizə orqanlarının ikitərəfli və bölgə əməkdaşləğını müzakirə etdilər, həmçinin, gələcək əlaqələr perspektivləri barəsində söhbət etdilər.