Vaxtanq Qomelauri - Aksiyalar zamanı polis tərəfindən heç bir adekvat olmayan hərəkət olmayıb
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelaurinin bəyanatına əsasən, aksiyalar zamanı polisin hərəkətləri adekvat olub.
Nazirin jurnalistlərlə söhbətində dediyi kimi, polis əməkdaşlarının vətəndaşlar tərəfindən zorakılığa məruz qalması ilə bağlı bir neçə hal qeydə alınıb.
“Polis tərəfindən heç bir adekvat olmayan hərəkət olmayıb. Biz polislərə dəyənəklərlə vurulduğunu gördük, həbslər zamanı bir neçə nəfər xəsarət aldı. Polisə dəyənəklə vuranda, itaətsizlik edəndə, səni saxlamalı və polis bölməsinə aparmalıdırlar. Sonra polislə güləşəndə, yerə yıxılır, ya əlini incidir ya da cızırsan. Sonra da deyirlər, gör polis mənə nə edib. Polisə çubuqla vuranda, müxalifətçilər və müxalifət televiziyaları buna səslərini çıxarmırlar” – Qomelauri bildirib.