Vaxtanq Meqrelişvili - çox iş görəcəm ki, "Gürcü Arzusu" deputatları ilə insani əlaqə qurum, qəhvəyə dəvət edəcəm, kabab çəkəcəyik, futbol matçına gedəcəyik
Çox iş görəcəm ki, “Gürcü Arzusu” deputatları ilə insani əlaqə qurum, qəhvəyə dəvət edəcəm, kabab çəkəcəyik, futbol matçına gedəcəyik, – bu barədə “Qirçinin” üzvü, Vaxtanq Meqrelişvili Parlamentdə bəyan etdi.
Meqrelişvili jurnalistin sualına cavab verdi ki, “Gürcü Arzusu” deputatları ilə əlaqəni necə quracaq və onları “Qirçinin” planının həyata keçirilməsi vacibliyində necə əmin edəcək.
“Evimə dədəvət edəcəm, kabab çəkəcəyik, kafeyə qəhvəyə dəvət edəcəm, onlarla birlikdə futbol matçına gedəcəm, bilmirəm, uşaqları ilə tanış olacam. Bunun üçün çox iş görəcəm ki, insani əlaqələr qurum. Parament üzvlərinin fəaliyyətini təəcüblü təsəvvür edirsiniz. 21 il bundan əvvəl burada deputatın köməkçisi kimi işləyirdim və həmin vaxtı hər şey səhnə arxası, kabinetlərdə edilirdi, komitə iclaslarında deyil, başqa cür edilirdi, bilmərəm, bəlkə Şevardnadzenin vaxtı idi”, – Meqrelişvili bəyan etdi.