Vaxtanq Jvania Ədliyyə Nazirliyinin publik hüquqi şəxs "Ədliyyə Evi"nin sədri təyin edilib
Vaxtanq Jvania Ədliyyə Nazirliyinin publik hüquqi şəxs “Ədliyyə Evi”nin sədri təyin edilib. Vaxtanq Jvania dövlət qulluğunda və akademik fəaliyyətdə çoxillik təcrübəyə malikdir. Bu haqda məlumatı Ədliyyə Nazirliyi yayır.
Ədliyyə Evinin sədri təyin olunmazdan əvvəl o, Ədliyyə Nazirliyinin publik hüquqi şəxs “Gürcüstan Ədliyyəsinin Tədris Mərkəzi”nə rəhbərlik edirdi.
Vaxtanq Jvania Gürcüstanın Texniki Universitetinin Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin professorudur.