Vaxtanq Qomelauri - Odun və kanistralar gətirilib, buraların 90-cı illərə çevrilməsinə izin verməyəcəyik
Vaxtanq Qomelauri - Odun və kanistralar gətirilib, buraların 90-cı illərə çevrilməsinə izin verməyəcəyik

Gürcüstanın Daxili İşlər Naziri Vaxtanq Qomelaurinin bəyanatına görə, əgər etiraz edənlər yolları bağlayıb, əhaliyə diskomfort yaradacaqlarsa, etiraz aksiyası polis tərəfindən dağıdılacaq.

“Yolları bağlayıb, atəş yandırıb, vətəndaşlara diskomfort yaratsalar nə etməliyik? Evimizə gedib yatmalıyıq mı? Deyirlər ki, bizi qəsdlə dondururlar. Biz də dedik ki, elektro-isidicilər və generatorlar gətirin elə qızının, ancaq onlar polislə güləşmək istəyirlər.

Buralara odun və kanistra gətirib, şəhərin 90-cı illərdəki vəziyyətə qaytarılmasına imkan verməyəcəyik” – dedi Vaxtanq Qomelauri.