Vaxtanq Qomelauri xidmət vəzifəsini yerinə yetirərkən həlak olan polis işçilərinin memorialını gül-çiçək dəstələri ilə bəzədi
Gürcüstan Daxili İşlər naziri, Vaxtanq Qomelauri müavinləri ilə birlikdə, 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 13-cü ildönümü ilə bağlı, xidmət vəzifəsini yerinə yetirərkən həlak olan polis işçilərinin memorialını gül-çiçək dəstələri ilə bəzədi.
Daxili İşlər Nazirliyinin həyətində Gürcüstanın birliyi uğrunda həlak olan polis işçilərinin meorialını gül-çiçəklə Nazirliyin müxtəlif departamentlərinin rəhbərləri də bəzədilər və 2008-ci il müharibəsi qəhrəmanlarının xatirəsini yad etdilər.
13 il bundan əvvəl, Rusiya-Gürcüstan müharibəsi zamanı Daxili İşlər Nazirliyinin 14 və sahil mühafizə departamentinin beş əməkdaşı həlak oldu. DİN-in mətbuat xidmətinin məlumatına görə, Vaxtanq Qomelaurinin qərarı ilə, həlak olan əməkdaşların övladları və ailələrinə maddi yardım göstərildi.