Vaxtanq Qomelauri – Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm, ABŞ hökümətinin dəstəyi və əməkdaşlıq demokratiyamız üçün vacibdir

12:58, 04.07.2021

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Amerika xalqını Müstəqillik Günü münasibətilə təbrik edir.

“Strateji tərəfdaşlarımızı, Amerika xalqını, həmkarlarımızı və dostlarımızı Amerika Müstəqillik Günü münasibətilə təbrik edirəm! ABŞ Hökumətinin dəstəyi və tərəfdaşlığı ölkəmizin müstəqilliyi və demokratiyası üçün vacibdir.

Gürcüstan Daxili İşlər Nazirliyinə dəstəyi, maliyyələşdirilməsi və iştirakı ilə həyata keçirdiyi bütün vacib layihələrə görə Amerika Birləşmiş Ştatları hökümətinə xüsusi təşəkkür edirəm.

Amerikaya sülh, güc, tərəqqi və firavanlıq diləyirəm!”, – deyilir təbrikdə.

Oxşar