Vake Dairə Komissiyası önündə, qarşıdurma nəticəsində dörd nəfəri yaxaladılar (foto/video)

Müxtəlif Dairə Komissiyaları qarşısında qarşıdurmalar bu gün də davam edir.

Vakenin iki saylı Dəirə Seçki Komissiyasında şikayətlərin müzakirəi səs-küy fonunda keçirilir. Komissiya üzvlərinin bir hissəsi müzakirəni etiraz əlaməti olaraq tərk etdi. Onların bəyan etdiyinə görə, şikayətlərin müzakirəsi formal şəkildə keçirilir.

Dəirə Seçki Komissiyası önünə mülki fəallar və müxalifətin nümayəndələri toplaşıblar. Az öncə, qarşıdurma nəticəsində, hüquqmühafizəçilər ərazidən dörd nəfəri, o cümlədən Zviad Kupravanı apardılar.

Daxili İşlər Nazirliyindən Gürcüstanın Birinci Kanalına bəyan etdiklərinə görə, dörd nəfəri Gürcüstan İnzibatı Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə yaxaladılar.

Mtasminda, İsani və Samqori Dəirə Seçki Komissiyasında, eləcə də Kutaisi Dəirə Seçki Komissiyasında səs-küy var idi.