Vaja Siradze - Kadrlarda bəzi şəxslərin hətta odlu silaha oxşar əşyalarının belə olduğunu gördük, biz onların kimliyini müəyyənləşdirəcəyik və müvafiq məsuliyyətə də cəlb olunacaqlar
Vətəndaşlar tərəfindən şiddəti görə bilmirsinizsə olduqca təəssüfdoğurucudur, o zaman mən sizə əməkdaşlarımın üz və alın nahiyəsindən onlara atılmış bəzi dəmir əşyaların çıxarılmasının əks olunduğu şəkilləri göstərəcəm, bundan başqa polisləri yandırırdılar – bu haqda Patrul Polisi İdarəsinin rəhbəri Vaja Siradze bildirib.
Siradze deyib ki, nəsə səhlənkarlıq olarsa, müvafiq xidmətlər tədbirlər görəcəklər.
“Göstərdiyiniz zorakılıq faktlarına gəlincə, əgər kimsə xəsarət alıbsa, mən vətəndaşlardan danışıram, bu, çox pis faktdır. Nə polisin, nə də ictimaiyyətin xoşuna gəlir, lakin tədbir görüləndə, polis qüvvələri qanun pozuntusunun qarşısını alanda, mütənasib güc tətbiq edərkən ola bilsin hansısa vətəndaş xəsarət alsın, lakin nəsə səhlənkarlıq olarsa, müvafiq olaraq, bu ölkədə müvafiq tədbirlər görəcək aidiyyatı xidmətlər var. Heç bir Rusiya yoxdur, həyatı və sağlamlığı təhlükədə olan polislər var və od vurulan strateji bina var. Bu ölkədə qanun var, dövlət var və biz müvafiq tədbirlər görəcəyik, bu ölkə belinin üzərində düzələcək. Kadrlarda bəzi şəxslərin hətta odlu silaha oxşar əşyalarının belə olduğunu gördük, biz onların kimliyini müəyyənləşdirəcəyik və müvafiq məsuliyyətə də cəlb olunacaqlar” – Siradze bildirib.