Vaja Siradze - Bugünkü aksiya 300-400 nəfərlik qrup tərəfindən əvvəldən şiddətlə başladığı üçün biz aqressiv iştirakçılara qarşı proporsional güc tətbiq etmək haqda qərar qəbul etdik
Bugünkü aksiya zorakılıqla başladı, çox sayda insan toplaşmazdan əvvəl artıq 400 nəfərlik qruplar əvvəldən müxtəlif əşyalar atmağa və zorakılıq xarakterli hərəkətlərə, polisləri təhqir etməyə başladılar, buna görə də tədbiri başlamağa və proporsional güc tətbiq etməyə məcbur olduq – bu haqda Patrul Polisinin rəhbəri Vaja Siradze bildirib.
O, aksiya iştirakçılarının müəyyən qrupunun şiddətlə seçildiyini deyib.
“Son günlərdə görürsünüz ki, Daxili İşlər Nazirliyinin bölmələri ictimai təhlükəsizliyi qorumaq üçün parlamentə bitişik ərazidə dayanırdılar və onlar aksiya iştirakçıları, aqressiv insanlar tərəfindən sistematik şəkildə, faktiki olaraq dayanmadan törədilən zorakılıq xarakterli hərəkətlərə dözürdülər. Yüzdən çox polis xəsarət alıb. Onlara doğru pirotexniki vasitələr, müxtəlif dəmir əşyalar atırdılar və polislər ağır xəsarətlər aldılar, o cümlədən bir neçəsi cərrahi müdaxiləyə ehtiyac duydu. Bundan irəli gələrək, mən bir daha aqressiv əhvali-ruhiyyəli, destruktiv hərəkətlər törədən, eləcə də əmlaka, inventara ziyan vuran, parlament binasının yaxınlığında bir neçə yeri yandıran, şüşələri sındıran şəxslərə müraciət edirəm, müvafiq olaraq, bugünkü aksiya 300-400 nəfərlik qrup tərəfindən əvvəldən şiddətlə başladığı üçün biz aksiyanın aqressiv iştirakçılarına qarşı tədbir başlatmaq və proporsional güc tətbiq etmək haqda qərar qəbul etdik” – Siradze bildirib.