Vaja-Pşavela və Kavtaradze küçələrindəki “Xruşovka” evlərinin yerinə yeni korpuslar tikiləcək
Vaja-Pşavela və Kavtaradze küçələrindəki “Xruşovka” evlərinin yerinə yeni korpuslar tikiləcək

m2 şirkəti Tbilisidə “Xruşovka” evlərinin yeni korpuslarla əvəz edilməsi layihəsini başladı.

Söhbət Vaja-Pşavela və Kavtaradze küçələrindəki evlərdən gedir.

Şirkətin rəhbəri İrakli Burdğiladzenin bəyanatına görə, şirkət Saburtalo rayonunda, köhnə binaları yeni evlərlə əvəz etməyi planlaşdırır.

“Köhnə evlərdə yaşayan insanlara, həmin ərazidə, yeni tikilən evlərə köçmək imkanı təklif ediləcək, ancaq istisna deyil ki, köhnə ev sahiblərinə, başqa lokasiyada yerləşən binalara köçmək də təklif ediləcək, – dedi şirkətin rəhbəri İrakli Burdğiladze.