Vaja-Pşavela prospektində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
Vaja-Pşavela prospektində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq

 

Vake rayonunda, Vaja-Pşavela prospektində II döngədə aprelin 16-da saat 23:00-dan aprelin 17-si saat 06:00-dək nəqliyyatın hərəkəti müvəqqəti olaraq tamamilə məhdudlaşdırılacaq – bu haqda Tbilisinin Meriyasının yaydığı məlumatda deyilir.

Onların məlumatına əsasən, qeyd olunan ünvanda köhnəlmiş drenaj quyularının təmiri MMC “Tbilservice Group” tərəfindən təmin ediləcək.

“Avtomobillər üçün hərəkət paralel küçələr vasitəsilə mümkün olacaq. Təhlükəsizlik məqsədilə iş aparılan ərazi müvafiq yol-xəbərdarlıq nişanları ilə təchiz olunacaq.

Tbilisinin Meriyası yaranan narahatlığa görə üzr istəyir!” – Tbilisinin Meriyasının məlumatında deyilir.