Vahid milli imtahanların imtahan prosesində 36 təqsirləndirilən şəxs/məhkum iştirak edir
Vahid milli imtahanların imtahan prosesində 36 təqsirləndirilən şəxs/məhkum iştirak edir.
Məlumatı Xüsusi Penitensiar Xidmət yayır.
“Məhkumların ali təhsilə çıxışının təmin edilməsi Xüsusi Penitensiar Xidmət üçün prioritetdir. Penitensiar sistemdə ali təhsilin davam etdirilməsi üçün bütün zəruri şərait yaradılıb, o cümlədən təhsil materiallarına çıxış və lazım olan texnoloji vasitələr təmin edilib.
Məhkum tələbələrə distant şəkildə tədris prosesinə qoşulmağa və tam hüquqlu ali təhsil almağa imkan verən “Rəqəmsal Universitet” sistemdə uğurla fəaliyyət göstərir.
Xüsusi Penitensiar Xidmət məhkumların təhsili və inkişafına qayğını gələcəkdə də davam etdirəcək” – Xüsusi Penitensiar Xidmət tərəfindən yayılmış məlumatda deyilir.