Vahid Milli İmtahanlar üçün əlavə bələdiyyə avtobus marşrutları təyin ediləcək

12:22, 01.07.2026

 

Vahid Milli İmtahanlarda iştirak edən şəxslərin daşınması məqsədilə paytaxtın meriyası əlavə bələdiyyə avtobus marşrutları təyin edəcək – bu haqda Tbilisinin meri Kaxa Kaladze bələdiyyə hökumətinin iclasında bildirib.

O, bələdiyyə avtobuslarının “Axmeteli Teatrı” metro stansiyası, “Didube” və “Samgori”nin yuxarı çıxışına bitişik ərazidən hərəkət edəcəyini deyib.

“Tbilisinin Meriyası Vahid Milli İmtahanlarda iştirak edən şəxslərə nəqliyyat xidməti göstərmək məqsədilə əlavə bələdiyyə avtobus marşrutları təyin edir. Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi tərəfindən müəyyən edilmiş imtahan dövründə, iyulun 2-dən iyulun 30-na qədər imtahan mərkəzləri: 39, 103, 147, 160, 175, 177, 181 və 191 nömrəli ictimai məktəblər istiqamətində xüsusi marşrutlar təyin ediləcək” – Kaxa Kaladze bildirib.

O, ictimai nəqliyyatın imtahanlarda və müsabiqədə iştirak edən şəxslərə saat 06:00-dan 20:00-dək xidmət göstərəcəyinə dair məlumat verib.

Oxşar