Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin məlumatına əsasən, imtahan prosesi bu il iyulun 3-də vahid milli imtahanlarla başlayacaq.
Abituriyentlər ilk imtahanı gürcü dili və ədəbiyyatı fənnindən verəcəklər.
İyulun 22-də vahid milli imtahanlar təsviri və tətbiqi incəsənət imtahanı ilə başa çatacaq. Müəllimlik imtahanlarına qeydiyyatdan keçmiş şəxslər imtahan prosesinə iyulun 8-dən qoşulacaqlar. İyulun 10-da tələbə qrant müsabiqəsi keçiriləcək. Magistrliyə namizədlər isə iyulun 21 və 22-də ümumi magistratura imtahanını verəcəklər.
“İmtahanın tarixi, imtahana gəlmə vaxtı və imtahan mərkəzinin ünvanı barədə ətraflı məlumat imtahana buraxılış vərəqəsində göstəriləcək. İmtahan verənlər imtahana buraxılış vərəqəsini öz qeydiyyat səhifələrindən 20 iyundan sonra çap edə biləcəklər. 2025-ci ildə, əvvəlki illərdə olduğu kimi, imtahan mərkəzləri açılacaq: Tbilisi, Batumi, Zuqdidi, Kutaisi, Poti, Axaltsixe, Qori, Ozurqeti, Rustavi, Telavi, Xulo və Ambrolauridə. Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi tezliklə imtahan mərkəzlərini müvafiq avadanlıqla təchiz etməyə başlayacaq.
Xatırladaq ki, 2025-ci ilin imtahanları üçün 80 minə yaxın insan qeydiyyatdan keçib” – Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin məlumatında qeyd olunub.