Vahaqn Xaçaturyan - Rifahın təmin edilməsi birgə məsuliyyətimizdir, gürcü-erməni münasibətlərinin daha da dərinləşdirilməsi üçün səylərimizi əsirgəməyəcəyik
Rifahın təmin edilməsi birgə məsuliyyətimizdir, gürcü-erməni münasibətlərinin daha da dərinləşdirilməsi üçün səylərimizi əsirgəməyəcəyik – bu haqda Ermənistan Prezidenti Vahaqn Xaçaturyan gürcü həmkarı Mixeil Ğavelaşvili ilə birgə brifinq əsnasında deyib.
Xaçaturyan bildirib ki, Ermənistan-Gürcüstan əməkdaşlığı hazırda daha da inkişaf edən ölkələr arasında mövcud strateji tərəfdaşlığı vurğulayır.
“Dost ölkəyə qonaq olmaq çox sevindirici haldır. Qarşılıqlı əməkdaşlığımız tərəfdaşlığımızın əhəmiyyətini bir daha vurğulayır. Çoxəsrlik tarix və qarşılıqlı hörmət əsasında qurulan münasibətlər erməni xalqı üçün xüsusilə önəmlidir. Son vaxtlar yüksək və ali səviyyəli ikitərəfli səfərlər əməkdaşlığımızın necə yüksək səviyyədə olduğunu açıq şəkildə vurğulayır. Biz strateji əməkdaşlıq mərhələsinə gəlib çatdıq, çoxəsrlik dostluğumuzu bu nöqtəyə gətirdik. Bu münasibətlər hər zaman strateji olub, lakin indi ona rəsmi sima verildi. Bu gün hörmətli dostumla çox vacib məsələləri müzakirə etdik, o cümlədən qarşılıqlı əməkdaşlığın bir çox sahələrini və davamlı addımları. Həmçinin iqtisadi, mədəni və təhsil layihələri müzakirə mövzusu idi” -Xaçaturyan bildirib.
Ermənistan Prezidenti gürcü həmkarı ilə həmçinin regional məsələləri müzakirə etdiyini deyib.
“Ermənistan həyatı önəmli Konvensiyanın on yeddinci konfransına və səkkizinci Avropa Vətəndaş Forumuna fəal şəkildə hazırlaşır. Gürcüstanın iştirakını gözləyirik. Bununla yanaşı, regional məsələləri müzakirə etdik. Avqustun 8-də imzalanmış sülh müqaviləsinin məsələlərinə və Ermənistan tərəfindən təqdim edilən sülh müqaviləsinə uyğun olan iqtisadi məsələlərə toxunduq. Suverenliyə, kimliyə və qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı əməkdaşlığımız çox önəmlidir. Əminəm ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunması, eləcə də həyata keçirilməli olan layihə Cənubi Qafqazı logistika mərkəzinə çevirəcək. Rifahın təmin edilməsi birgə məsuliyyətimizdir, gürcü-erməni münasibətlərinin daha da dərinləşdirilməsi üçün səylərimizi əsirgəməyəcəyik” – Xaçaturyan bildirib.
Ermənistan Prezidenti Gürcüstana Ermənistan Respublikasının xarici işlər nazirinin müavini Vahan Kostanyan, iqtisadiyyat naziri Qevorq Papoyan və müavini Arman Xojoyan, Ermənistan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Aşot Sumbatyan, Ermənistan Prezidentinin Ofisinin rəhbəri Xaçatur Poğosyan və Milli Assambleyanın üzvü Şirak Torosyandan ibarət nümayəndə heyəti ilə səfər edib.
Vahaqn Xaçaturyan Gürcüstanda iki günlük səfərdədir.
Sinxron tərcümə əsasında hazırlanıb.