Vağzal meydanının yaxınlığında baş vermiş dağıntı nəticəsində xəsarət alanların axtarış-xilasetmə əməliyyatı başa çatıb
Vağzal meydanının yaxınlığında baş vermiş dağıntı nəticəsində xəsarət alanların axtarış-xilasetmə əməliyyatı başa çatıb

Tbilisidə, Vağzal meydanının yaxınlığında yerləşən yaşayış binalarından birində baş vermiş dağıntı nəticəsində xəsarət alanların axtarış-xilasetmə əməliyyatı başa çatıb – bu barədə Fövqəladə Halların İdarə Olunması Xidmətinin yaydığı məlumatda bildirilir.

“Məlumat daxil olan kimi, Fövqəladə Halların İdarə Olunması Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə gəldilər və dərhal vətəndaşların təxliyəsini həyata keçirdilər. Axtarış-xilasetmə əməliyyatında canlı qüvvə ilə yanaşı, ağır texnika da iştirak edirdi.

Hadisə nəticəsində iki nəfər həyatını itirib, bir nəfər isə xəsarət alıb və təcili tibbi yardım göstərilməsi məqsədilə tibb müəssisəsinə aparılıb”, – deyə Fövqəladə Halların İdarə Olunması Xidmətinin məlumatında qeyd olunur.