Uzun sürən xəstəlikdən sonra Fətullah Gülən dünyasını dəyişib
Pensilvaniyada nüfuzlu türk vaiz Fətullah Gülən uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Türk mediası, onun son vaxtlarda xəstəxanada müalicə olunduğu xəbərini verir.
Dini lider Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın əleyhdarı idi və Türkiyə hakimiyyəti onu 2016-cı ilin iyunun 15-də 251 nəfərin ölümü və 2200 nəfərin yaralanması ilə nəticələnən dövlət çevrilişinin təşkilatçısı hesab edirdi.
Türkiyə hakimiyyətinin iddiasına görə, dövlət nizamını devirmək məqsədilə Gülənin təşkilatı uzunmüddətli kampaniya aparırdı və dövlət təsisatlarına, xüsusilə orduya, polisə və məhkəmələrə öz üzvlərini sızdırırdı. Gülənin özü isə hərbi çevriliş cəhdi ilə əlaqəsini inkar edirdi.
Fətullah Gülən 1999-cu ildən ABŞ-da mühacirətdə yaşayırdı.