Utsera kəndi yaxınlığında avtonəqliyyatın hərəkəti bərpa olundu

11:09, 26.06.2022

Gürcüstanın Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentindən verilən məlumata görə, aparılan işlər nəticəsində daxili dövlət əhəmiyyətli Kutaisi-Alpana-Mamison aşırımı yolunun 121-ci km-də (Utsera kəndi) avtonəqliyyatın hərəkəti bərpa olundu.

Xatırladaq ki, leysan yağışları səbəbindən yolda Rioni çayının daşması səbəbindən bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilmşdi.

Oxşar